“Ermənistan danışıqlar prosesini uzadır” -Millət vəkili

“Ermənistan danışıqlar prosesini uzadır” -Millət vəkili

“Əvvəlki Minski qrupu ilə aparılan danışıqlarla, indiki danışıqları nəzərə alsaq fərqlər olduqca böyükdür. İndi danışıq tərəfləri biri-birinə öz sözünü deyə və əsas predmetləri müzakirə edə bilirlər.”- Ulusal.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, bu danışıqlarda tərəf yalnız Azərbaycan və Ermənistandır.

“Bu görüşü təşkil edənlər tərəflərə öz mövqelərini sırımaq istəmirlər. Hətta ABŞ dövlət katibi bildirdi ki, biz yalnız görüşü təşkil edirik. Tərəflər özləri biri-biri ilə razılığa gəlməlidir. Amma görünən odur ki, Ermənistan danışıqlar prosesini uzadır.”- deyə millət vəkili əlavə edib.

Daha ətraflı videomatrealda: