Ərdoğan: “Yeri gələndə Ukraynada, yeri gələndə Rusiyadayıq. Niyə? Çünki biz Türkiyəyik”

Ərdoğan: “Yeri gələndə Ukraynada, yeri gələndə Rusiyadayıq. Niyə? Çünki biz Türkiyəyik”

Çorumda keçirilən kütləvi açılış mərasiminə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin artan beynəlxalq nüfuzu, eləcə də terrorla mübarizədəki qətiyyətindən danışıb.

 “Yeri gələndə Ukraynada, yeri gələndə Rusiyadayıq. Niyə? Çünki biz Türkiyəyik. Terror bataqlığını qurutmaq üçün sərhədi keçən terrorçuların başlarına minirik. Biz bunu başqalarının silahları ilə deyil, öz istehsal etdiyimiz silahlar və helikopterlərlə edirik”, - deyə dövlət başçısı vurğulayıb.

O, Qara dənizdə təbii qaz hasilatının ölkəni tamamilə dəyişəcəyini də qeyd edib.

“Bizim 4 qazma gəmimiz var. Unutmayın ki, təbii qazı çıxardığımız andan bu ölkə tamamilə fərqli olacaq”, - deyə Ərdoğan bəyan edib.