“Letzte Generation” (“Son nəsil”) radikal ekoloji hərəkatının fəalları yola narıncı boya tökərək beynəlxalq Berlin marafonunu dayandırmağa cəhd ediblər.
Onlar öz hərəkətlərini “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) şərh ediblər.
Onlar sağ qalmaq üçün 2030-cu ilə qədər ənənəvi yanacaq mənbələrindən imtina etmənin vacibliyini bildiriblər.
Fəallar həmçinin etiraf ediblər ki, çoxdan gözlənilən yarışı yarımçıq qoymaq istəməyiblər, lakin çətin vəziyyətdə, ekzistensial təhlükədə olduqları üçün bunu ediblər.
Yerli polis etirazçıları magistral yoldan çıxarıb.