Əfsanəvi musiqiçi Əhməd Camal vəfat edib

Əfsanəvi musiqiçi Əhməd Camal vəfat edib

Məşhur caz pianoçusu, bəstəkar Əhməd Camal (Frederik Rassel Cons) 92 yaşında vəfat edib.

60 ildən artıqdır ki, musiqi ilə məşğul olan və bir çox musiqiçilərə ilham verən Əhməd Camalın ölüm xəbərini qızı Sumaya Camal təsdiqləyib.

O, atasının ölüm səbəbinin prostat xərçəngi olduğunu deyib.

1930-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olan Əhməd Camal 1950-ci ildə Çikaqoya köçüb, orada İslamı qəbul edib və adını Əhməd Camal olaraq dəyişdirib.