Dollar/Türk Lirəsində yeni rekord - Türk Lirəsi dəyər itirməkdə davam edir

Dollar/Türk Lirəsində yeni rekord - Türk Lirəsi dəyər itirməkdə davam edir

Dollar, ABŞ Mərkəzi Bankının (Fed) Sentyabr ayı yığıncağının ardından qlobal valyutalar qarşısında bahalaşıb. 

Marja xəbər verir ki, ABŞ valyutası Türkiyə Lirəsi qarşısında da dəyər qazanıb. Dollar/TL məzənnəsi 7.51 səviyyəsini də aşaraq rekord yeniləyib.

Dollar/TL məzənnəsi bu gün səhər saatlarında 0.20% müsbətdə 7.5182-ni test edib.

Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) Çərşənbə axşamı günü başlayan yığıncağı dünən sona çatıb. Bank faizlərdə dəyişikliyə getməyib, amma bəzi treyderlərin gözlədiyi qədər "göyərçin" mövqe ortaya qoymayıb. Bu səbədən Dollar bahalaşıb.

Fed sədri, mətbuat konfransında etdiyi çıxışında, inflyasiyada  2% hədəfinə çatana və bu səviyyənin üzərində möhkəmlənənə qədər faizlərdə dəyişiklik olmayacağını bildirib.