Deputat: “ReAl-ı satılmışlıqda suçlamaq ağıllı siyasi davranış deyil”

Deputat: “ReAl-ı satılmışlıqda suçlamaq ağıllı siyasi davranış deyil”

Korrespondent.az/ Erkin Qədirli: “Siyasət həm də görüşmək və danışmaq məsələsidir”

 

“Tofiq Yaqublu işi, keçmiş siyasi məhbuslara bəraət, vətəndaş cəmiyyətinin durumunu liberallaşdırmaq və s. məsələlər haqqında hökumətin ReAl-la danışmasından yararlanmaq yerinə, ReAl-ı satılmışlıqda suçlamaq ağıllı siyasi davranış deyil”.

 

Bu sözləri Respublikaçı Alternativ Partiyanın (ReAl) funksioneri, deputat Erkin Qədirli deyib. Millət vəkili bildirib ki, vaxtında onlara edilmiş danışıq təklifini qəbul etsəydilər, bu gün ölkəmiz üçün doğru və faydalı mövzularda özləri hökumətlə danışa bilərdilər.

 

“Problemlərin həllini danışıqların ön şərti kimi deyil, mövzusu kimi görmək gərəkdir. Siyasət həm də görüşmək və danışmaq məsələsidir”, - deyə Qədirli söyləyib.

 

Mənbə: Ayna.az