Fevral ayı ərzində ərzində deputat Cavanşir Feyziyevin ünvanına 128 yazılı müraciət daxil olub, onlardan 37-si ay ərzində öz həllini tapıb. Bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev öz facebook səhifəsində paylaşıb.
Vətəndaşlardan daxil olmuş 7 müraciət baxılması və müvafiq kömək göstərilməsi üçün Mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına göndərilib. Daha 1 müraciət aidiyyatı üzrə digər qurumlara göndərilib.
Bununla bərabər, seçicilər tərəfindən göndərilmiş yazılı müraciətlərin 83-də qanunvericiliyin tələblərinə uyğun olmayan məsələlər qaldırılıb və bu məsələlərin qanunvericilik tələblərinə uyğun olmadığı vətəndaşların diqqətinə çatdırılıb. Fevral ayı ərzində seçicilərlə keçirilən 3 görüşdə 8 nəfər deputat tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.