Depozit portfeli 1 milyard manatdan çox olan banklar

Depozit portfeli 1 milyard manatdan çox olan banklar

Azərbaycan bank sektorunda fəaliyyət göstərən banklardan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.

Margin.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 milyard 792 milyon 183 min manat), "PAŞA Bank" (3 milyard 645 milyon 33 min manat), "Kapital Bank" (3 milyard 625 milyon 804 min manat) və "Xalq Bank"dır (1 milyard 430 milyon 994 min manat).

Əlavə edək ki, digər 22 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.