Danimarka Şimal dənizindəki qaz yatağı yaxınlığında PUA-ların aktivliyini aşkar edib

Danimarka Şimal dənizindəki qaz yatağı yaxınlığında PUA-ların aktivliyini aşkar edib

Danimarka polisi Şimal dənizindəki “Roar” qaz yatağının yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) aktivliyini aşkar edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, bu təbii qaz yatağı Fransanın “TotalEnergies” şirkəti tərəfindən idarə olunur.

“Şimal axını” layihələri ilə bağlı baş verən insidentlərdən sonra Danimarka enerji və qaz sektorlarına nəzarəti gücləndirib.

Xatırladaq ki, sentyabrın 26-da “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində təzyiq aşağı düşüb. Bu kəmərlərdə təbii qaz sızıntısı aşkar olunub. İsveç və Danimarka bunun partlayışlar nəticəsində baş verdiyini bəyan edib.