Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb - VİDEO

Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb - VİDEO

Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan Slovakiyanın xarici işlər naziri İvan Korçok arasında görüş başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

Belə ki, C.Bayramov slovakiyalı həmkarını Xarici İşlər Nazirliyinin binasının önündə qarşılayıb.

Sonra XİN başçılarının görüşü başlayıb.