Çelyabinskdən Bakıya birbaşa aviareyslər bərpa olunur

Çelyabinskdən Bakıya birbaşa aviareyslər bərpa olunur

Yaxın zamanlarda Rusiyanın Çelyabinsk vilayətinin hava limanlarından beynəlxalq uçuşlar bərpa olunacaq.

Cheltv.ru portalının məlumatına görə, bu barədə qərar koronavirusun yayılması üzrə operativ qərargah tərəfindən qəbul edilib.

Mayın 25-dən etibarən Rusiya bir çox ölkələrlə, o cümlədən də Azərbaycanla mütəmadi hava əlaqəsini bərpa edəcək. Artıq Çelyabinsk-Bakı-Çelyabinsk müntəzəm xətti üzrə marşrut razılaşdırılıb.