Milli Məclisin deputatı Cavanşir Feyziyev ARB 24 televiziya kanalının qonağı olaraq Yaxın Şərqdə son günlər müşahidə olunan gərgin hərbi-siyasi vəziyyət və İranda baş verən müharibənin mümkün nəticələri barədə fikirlərini bölüşüb. Deputat qeyd edib ki, regionda artan eskalasiya təkcə Yaxın Şərq ölkələri üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün də ciddi risklər yaradır. Onun sözlərinə görə, İranla həmsərhəd olan Azərbaycan üçün baş verən proseslər xüsusi həssaslıq daşıyır və rəsmi Bakı vəziyyəti diqqətlə izləyir. Cavanşir Feyziyev vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe sərgiləyir, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini ön plana çəkir. O bildirib ki, münaqişənin genişlənməsi regionda təhlükəsizlik, enerji layihələri və nəqliyyat-kommunikasiya xətləri baxımından əlavə təhdidlər yarada bilər. Deputat eyni zamanda Azərbaycanın balanslaşdırılmış və məsuliyyətli xarici siyasət kursunun mövcud şəraitdə xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Milli Məclisin deputatı Cavanşir Feyziyev ARB 24 kanalının qonağı olub - YouTube