Bukmeykerlər Trampla Harrisin seçkilərdəki şansı haqda: KİM ÖNDƏDİR?

Bukmeykerlər Trampla Harrisin seçkilərdəki şansı haqda: KİM ÖNDƏDİR?

Bukmeyker kontorları Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezidenti seçkilərində qələbə şansını orta hesabla 53,7 faiz qiymətləndirir.

“Election Betting Odds” portalının məlumatına görə, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin qələbə şansı isə orta hesabla 45,7 faizdir.

Buna baxmayaraq, ABC telekanalının “Ipsos” sosiologiya xidməti ilə birgə keçirdiyi son ictimai rəy sorğusunun nəticələrinə görə, Demokratlar Partiyasının namizədi Kamala Harris ali dövlət postu uğrunda mübarizədə rəqibi Donald Trampı 2 faiz qabaqlayır. Belə ki, 2,6 mindən çox insanın iştirak etdiyi sorğuda seçicilərin 50 faizi Kamala Harrisi, 48 faizi isə Donald Trampı dəstəkləyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Respublikaçılar Partiyasını ölkənin sabiq prezidenti Donald Tramp, Demokratlar Partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.