BMT Baş katibi: “İqlim sazişinin məqsədlərinə qalıq yanacaqlardan imtina etmədən nail olmaq mümkün deyil”

BMT Baş katibi: “İqlim sazişinin məqsədlərinə qalıq yanacaqlardan imtina etmədən nail olmaq mümkün deyil”

“Yalnız qalıq yanacaqlardan istifadənin tam dayandırılması bəşəriyyətə Paris İqlim Sazişində təsbit olunmuş qlobal istiləşmənin 1,5 selsi dərəcə həddinə çatmağa imkan verəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində çıxışı zamanı deyib.

“1,5 selsi dərəcə həddi yalnız bütün qalıq yanacaqları yandırmağı dayandırsaq realdır. Biz ondan mərhələli şəkildə imtina edəcəyik”, - o vurğulayıb.

O qeyd edib ki, dünya birliyinin ən pis iqlim xaosundan yan keçməyə imkan verəcək texnologiyaları var: “Lakin bunun üçün dərhal hərəkətə keçmək, liderlik, əməkdaşlıq və siyasi iradə lazımdır”.