Benzema “Real Madrid”i tərk edir – RƏSMİ + FOTO

Benzema “Real Madrid”i tərk edir – RƏSMİ + FOTO

“Real Madrid” klubu Kərim Benzemanın bu yay klubu tərk etmək qərarını açıqlayıb.

Daha əvvəl 35 yaşlı hücumçunun Səudiyyə Ərəbistanın “Əl-İttihad” klubundan təklif aldığı məlum olub. Yeni klubunda fransızın 2 il ərzində 200 milyon avro qazanacağı bildirilib. Komandadan Benzema ilə razılaşmanın əldə olunduğu artıq təsdiqlənib.

Qeyd edək ki, Kərim “Lion”un məzunudur. O, 2009-cu ildə “Real Madrid”ə keçib və 14 il ərzində klubda 5 Çempionlar Liqası və 4 La Liqa titulları da daxil olmaqla 25 kubok qazanıb. 2022-ci ildə Benzema "Qızıl Top"a layiq görülüb.

Benzema "Real Madrid"in heyətində 353 qol vurub və klub tarixində ikinci ən yaxşı bombardirdir. O, yalnız Kriştianu Ronaldudan (450) geri qalır.

Bu mövsüm Kərim bütün yarışlarda 42 matçda 30 qol vurub.