Belarus klubunu ardıcıl heç-heçələrdən sonra kolxoza işləməyə göndərdilər

Belarus klubunu ardıcıl heç-heçələrdən sonra kolxoza işləməyə göndərdilər

Futbol üzrə Belarus Premyer Liqasında çıxış edən "Rux" komandasının üzvləri cari mövsümün ilk 3 turundan sonra kolxozda işləməyə yollanıblar.

"Report"un məlumatına görə, bu barədə klubun idman direktoru Sergey Prisyajnyuk "Tribuna" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, komanda ardıcıl 3 heç-heçədən sonra bu qərarı verib: "Bir az işlədik, hava aldıq. Bu, bizim ümumi qərarımız idi. Uşaqlar da dəstək oldular. Kimsə kilsəyə gedir, şam yandırır. Biz də kolxoza getdik. Hamı buna normal reaksiya verdi".

Qeyd edək ki, Brest təmsilçisi bu hadisədən sonra çempionatda keçirdiyi ilk matçda "İsloç"u 1:0 hesabı ilə məğlub edib.