Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olundu YENİLƏNİB

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olundu YENİLƏNİB

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olunub.

Korrespondent.az bildirir ki, bu barədə AZAL-dan məlumat verilib.

Qeyd edilib ki, hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Naxçıvanda müşahidə olunan dumanlı hava şəraiti səbəbindən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarə reyslərində gecikmələr yaranmışdı.

**10:56

Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.

Korrespondent.az bildirir ki, Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.