Azərbaycanın ilk özəl sığorta şirkəti bu gün 28 illiyini qeyd edir

Azərbaycanın ilk özəl sığorta şirkəti bu gün 28 illiyini qeyd edir

Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” ASC bu gün 28 illiyini qeyd edir.

Margin.az xəbər verir ki, şirkət Maliyyə Nazirliyinin verdiyi 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlayıb. 

28 il ərzində müştərilərinin, əməkdaşlarının, partnyorlarının etibarını qazanaraq  fəaliyyət göstərən şirkət bazarda daim yeni məhsulları, operativ xidməti və sosial layihələri ilə seçilib.