Azərbaycanda ÜDM 2.8% azalıb

Azərbaycanda ÜDM 2.8% azalıb

Maliyyə Nazirliyi 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. Sənəddə həmçinin cari ilin makroiqtisadi göstəricilərinə də yer verilib.

Margin.az xəbər verir ki, ÜDM 2020-ci ilin yanvar-iyul aylarında 40 milyard manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.8 faiz azdır. 

Əlavə edək ki, qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1.6%, neft sektorunda isə 4.5% azalıb.