Azərbaycan Turkiyə qardaşlıq səlnaməsi - Foto/Video

Azərbaycan Turkiyə qardaşlıq səlnaməsi - Foto/Video

Korrespondent.az/ İşğal olunan torpaqlarımızla bağlı vətənpərvər ruhda hazırlanan layihələr sırasına daha biri əlavə olunub.

 

Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gələn layihə Eksklüziv olaraq Mtv Azərbaycan kanalına  təqdim olunub. "Qarabağın səsi " layihəsinin ideya muəllifi nəğməkar şair Cəlal Qurbanov,  layihənin rəhbəri isə jurnalist Mintac Elsevərdir.  Layihənin koordinatori Mehrab Dadaşov. Ekran işini digərlərindən fərqləndirən cəhət, onun Çahargah muğamının
Mayeyi Çahargah, Bəstənigar, Müxalif, Mənsuriyyə, Üzzal şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır.

 

Mahnının sözləri Cəlal Qurbanova, oranjemanı isə əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

 

Klipdə xalq artisti Nurəddin Mehdixanlı  ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar. İştirakçıların stili üzərində Gülya Vəkilova və Elnur Hüseynov çalışıb. Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.