“Azad olunmuş ərazilərdə 16 yol layihəsi fəaliyyətdədir, onlardan üçünün reallaşdırılması artıq bitib”.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bərdə-Ağdam, Hadrut-Füzuli avtomobil yolları və “Zəfər yolu” üzrə işlər artıq bitib.
“Digər layihələr üzrə işlər sürətlə gedir. Bəzilərində layihə gücü artıq 70%-i ötüb”, - Saleh Məmmədov qeyd edib.
Onun sözlərinə görə, bu ilin sonu - 2025-ci ilin ortalarına qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq.