Avropalı nazirdən ABŞ-a sərt İTTİHAMLAR

Avropalı nazirdən ABŞ-a sərt İTTİHAMLAR

ABŞ Avropa iqtisadiyyatında yaşanan mənfi tendensiyalardan faydalanır.

Modern.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyerto deyib.

O qeyd edib edib ki, ABŞ iqtisadiyyatı Avropa İttifaqı ölkələrinə investisiyaların azaldılmasından “bəhrələnir”.

“Avropa iqtisadiyyatının tənəzzülə doğru hərəkəti ABŞ iqtisadiyyatı üçün yaxşı xəbərdir. Deyəsən, Amerika bundan faydalana bilir... Avropa Komissiyası daha çox Avropa İttifaqına üzv dövlətlərə investisiya axınının qarşısını alır", - deyə nazir bildirib.

Diplomat həmçinin Avropa Komissiyasını Macarıstanda iş yerlərinin yaradılmasına mane olmaqda ittiham edib.