Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün daha üç matç oynanılacaq.
Korrespondent.az bildirir ki, E qrupunda Rumıniya – Ukrayna, Belçika – Slovakiya matçları gerçəkləşəcək.
D qrupunda isə Fransa ilə Avstriya üz-üzə gələcəklər.
AVRO-2024
E Qrupu
17:00. Rumıniya - Ukrayna
Baş hakim: Qlenn Nuberq (İsveç)
Münxen, "Alliants Arena"
20:00. Belçika - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Frankfurt, "Frankfurt Arena"
D qrupu
23:00. Avstriya - Fransa
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Düsseldorf ("Düsseldorf Arena")
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.