Aqrar Sığorta Şirkəti yaradılıb

Aqrar Sığorta Şirkəti yaradılıb

Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində yeni sığorta şirkəti yaradılıb.

Margin.az xəbər verir ki, İlk dəfə olaraq ölkədə ixtisaslaşmış müştərək sığorta şirkəti - «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb. Şirkət "Aqrar sığorta haqqında" qanuna uyğun olaraq aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurum funksiyasını həyata keçirdəcək.

Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək.