ABŞ Konqresinin binasında (Kapitoli) təhlükəsizlik tədbirləri artırılıb.
“Report” “NBC News”ə istinadən xəbər verir ki, yaxınlıqda baş verən yanğınla əlaqədar olaraq, Kapitoliyə aid bütün binalara giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb.
Konqresdən verilən açıqlamaya görə, binada olanlara qapı və pəncərələrdən uzaq durmaq məsləhət görülür.
Kapitoli polisinin açıqlamasına görə, idarə əməkdaşlarına hadisə araşdırıldığı müddət ərzində sığınacaqda qalmaq tövsiyə olunur.