ABB-nin Rusiyadakı törəməsi xalis mənfəətini 10 dəfədən çox artırıb

ABB-nin Rusiyadakı törəməsi xalis mənfəətini 10 dəfədən çox artırıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən törəməsi (“ABB-Moskva”) bu ilin I yarısını 2 611,213 milyon rubl (58,752 milyon manat) xalis mənfəətlə başa vurub.

Margin.az xəbər verir ki, bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 dəfə çoxdur.

Yanvar-iyun aylarında “ABB-Moskva”nın vergiyəqədərki mənfəəti 3 116,371 milyon rubl (70,118 milyon manat, 16,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 505,158 milyon rubl (11,366 milyon manat, 1 il bundan əvvəl qənaət edib) təşkil edib.  

Bu il iyulun 1-nə “ABB-Moskva”nın aktivləri 7 866,334 milyon rubl (176,993 milyon manat) olub ki, bu da illik müqayisədə 16,2% çoxdur. Bunun 619,832 milyon rublu (13,946 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,5 dəfə böyüyüb.