Ermənistanın keçmiş baş prokurorunun müavini 32 yaşlı Srbui Qalyan ədliyyə naziri vəzifəsinə təyin edilib.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı müvafiq fərmanı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Əvvəllər bildirilirdi ki, hakim "Vətəndaş Sazişi" Partiyası uzun axtarışlardan sonra onun namizədliyi üzərində dayanıb.
Dünən Qalyan baş prokuror müavini vəzifəsindən azad edilib. O, prokurorluqda qanunsuz mənşəli əmlakın müsadirəsi şöbəsinə rəhbərlik edirdi.
Srbui Qalyan 2019-cu ildən ədliyyə nazirinin müavini idi.