2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24,3 milyard manat olacaq

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24,3 milyard manat olacaq

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 327 milyon manat məbləğində proqnozlaşdırılır. Bunun 57,3%-i neft sektorunun payına düşür.

Margin.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb.

Əlavə edək ki, gəlirlərin 13 950 milyon manatı (57,3%) neft sektorunun 10 377 milyon manatı (42,7%) isə qeyri-neft sektorunun payına düşür.