Xalq artistinin xanımı özünütəcrid etdi

Xalq artistinin xanımı özünütəcrid etdi

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebko “Don Karlos” operasındakı həmkarı, müğənni İldar Abdrazakovda koronavirusun aşkarlanması səbəbindən özünütəcrid edib.

Korrespondent.az bildirir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

Netrebkonun sözlərinə görə, onun koronavirus test nümunələrinin cavabı mənfi olub. O, başqalarının təhlükəsizliyinə görə özünütəcrid etməyə qərar verib. İfaçı, həmçinin “Yevgeni Onegin” tamaşasındakı çıxışını dekabra keçirdiyini bildirib.