PSJ mövsümə məğlubiyyətlə başladı

PSJ mövsümə məğlubiyyətlə başladı

Fransa çempionatında 2-ci turun təxirə salınan oyunu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, son çempion PSJ "Lans"ın qonağı olub və 0:1 hesabı ilə uduzub. Bu, Paris klubunun 2020/2021 mövsümündə liqadakı ilk oyunu olub. Komandanın 1-ci turdan "Mets"lə görüşü də təxirə salınıb. Həmin matç sentyabrın 16-sı keçiriləcək.

10 sentyabr

"Lans" - PSJ - 1:0
Qol: Qanaqo, 57