Pandemiya ilə mübarizəyə 600 milyon manat ayrılacaq

Pandemiya ilə mübarizəyə 600 milyon manat ayrılacaq

Sosialyönümlü xərclər 2021-ci ildə ümumi büdcə xərclərinin 42%-ni təşkil edəcək. Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə, pandemiya ilə mübarizə tədbirləri üçün 600 milyon manat məbləğində vəsaitin ayrılması da proqnozlaşdırılıb.

Margin.az xəbər verir ki, bu, 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Əlavə edək ki, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 milyon manat məbləğində proqnozlaşdırılır. Pandemiya ilə mübarizədə ayrılan məbləğ ümumi büdcənin 0,02%-ni təşkil edir.