Belçika millisinin üzvü “Başakşəhər”də

Belçika millisinin üzvü “Başakşəhər”də

Türkiyə çempionu “Başakşəhər” daha bir transferini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “narıncılar” “Monako”nun cinah futbolçusu Naser Şadlini transfer edib. Belçika millisinin üzvü İstanbul klubu ilə 1+1 illik müqavilə imzalayıb.
 
31 yaşlı oyunçu ötən mövsüm icarə əsasında Belçika təmsilçisi “Anderlext”də oynayıb. “Monako” Şadlini 2018-ci ildə “Vest Bromviç”dən 12 milyon avroya transfer etmişdi.