Azərbaycan metanol istehsalını 20%-dən çox artırıb

Azərbaycan metanol istehsalını 20%-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 327,3 min ton metanol (metil spirti) istehsal olunub.

Korrespondent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% çoxdur. 

Metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Zavod 2013-cü ildə istismara verilib, 2016-cı ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.