“Amazon” ABŞ-da toxum idxalını qadağan edib

“Amazon” ABŞ-da toxum idxalını qadağan edib

ABŞ-ın "Amazon" şirkəti ölkəyə toxum idxalına qadağan edib. Qərar Çindən göndərilən qəribə bağlamalara görə qəbul edilib.

Margin.az xəbər verir ki,  "Amazon" xarici partnyorlarına öz qərarı haqqında bildirişlər göndərib və satıcıları bu təkliflərlə paylaşımları silməyə məcbur edib.

Şirkətin rəsmi məlumatına görə, toxumların satışı yalnız ABŞ ərazisində olan satıcılara icazə verilir. Tələbi pozanların hesablarının siləcəyinə dair xəbərdarlıq da edilib.