ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

ABŞ-ın Kolorado ştatında təlim zamanı AH-64E “Apache” hücum helikopteri qəzaya uğrayıb.

Bu barədə yerli KKTV telekanalı “Fort-Karson” hərbi bazasının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, helikopter təlim zamanı qəzaya uğrayıb və hadisə nəticəsində hərbi bazanın iki hərbçisi yaralanıb.