Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər

Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Yerli KİV xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

“Almaniya kansleri O.Şolts bu gün Ukrayna Prezidenti V.Zelenski ilə telefon danışığı aparıb. Ukraynadakı hərbi və humanitar vəziyyəti müzakirə edib. Kansler və Ukrayna Prezidenti ölkədə sülhə nail olmaq üçün iyunun 15-16-da İsveçrədə keçirilməsi nəzərdə tutulan sammitlə bağlı fikir mübadiləsi aparıblar. Kansler konfransda öz iştirakını təsdiqləyib və Almaniyanın bu görüşü fəal dəstəklədiyini vurğulayıb”, - o qeyd edib.