Paşinyan AİB-i birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırdı

Paşinyan AİB-i birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrini qərar qəbul edərkən birlik ölkələrinin milli maraqlarına hörmətlə yanaşmağa çağırıb.

Bu barədə TASS məlumat yayıb.

“Yalnız tərəfdaş ölkələrin maraqlarına hörmət və hər bir üzv dövlətin maraqlarına cavab verən konstruktiv həllərin axtarışı əsasında biz AİB-nin fəaliyyətinin effektivliyini qoruya biləcəyik. Sosial-iqtisadi inkişafın milli prioritetlərini nəzərə almaq üçün səylərimizi birləşdirməli olduğumuzu zəruri hesab edirik. Əməkdaşlığımız ölkələrimizin vətəndaşlarının və bizneslərinin maraqlarına uyğun işləməli, onların rifahının yaxşılaşdırılmasına və iqtisadiyyatların modernləşdirilməsinə kömək etməlidir”, - o, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında deyib.

Xatırladaq ki, bu il AİB-yə Ermənistan sədrlik edir.