Kənan Qasımov: “COP29-a gələn qonaqların yerləşdirilməsi ilə bağlı çətinlik olmayacaq”

Kənan Qasımov: “COP29-a gələn qonaqların yerləşdirilməsi ilə bağlı çətinlik olmayacaq”

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələn qonaqların yerləşdirilməsi ilə bağlı çətinliyin olacağı gözlənilmir”.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda COP29-a gələn qonaqların sayı ilə bağlı dəqiq məlumat yoxdur:

“Biz digər COP tədbirləri ilə müqayisələr apararaq işimizi görürük. Yəqin ki, qonaqların sayı ilə bağlı tədbirin yaxınlaşdığı dövrdə daha dəqiq məlumat əldə edə bilərik. Dövlət Turizm Agentliyi olaraq işimizi hər hansı bir çətinliyin və problemin yaranmaması istiqamətində qururuq. Həmçinin alternativ variantlar üzərində də düşünülür. Yəni əgər mehmanxana və ya digər yerləşmə vasitələrimizlə bağlı çətinlik yaranırsa, bunlara alternativlər tapmaq üzərində işlər gedir”.