İtaliyada zavodda güclü yanğın: Hava məkanı bağlandı - VİDEO

İtaliyada zavodda güclü yanğın: Hava məkanı bağlandı - VİDEO

İtaliyanın şimalındakı Bolzano şəhərində elektromobillər üçün enerji doldurma stansiyaları istehsal edən “Alpitronic” zavodunda yanğın baş verib.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Mülki Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın təmir işlərinin aparıldığı ərazidə başlayıb və sürətlə yayılıb.

“Yanğın səbəbindən güclü tüstü var. Qapı və pəncərələri bağlı saxlamaq, həmçinin kondisioner və ventilyasiya sistemlərini söndürmək məqsədəuyğundur”, - deyə qurumdan əhaliyə xəbərdarlıq edilib.

Hazırda şəhərin üzərindəki hava məkanı bağlanıb, yaxınlıqdakı məktəbdəkilər təxliyə olunub.

Zərərçəkənlər barədə məlumat yoxdur.