Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır

Ermənistan KTMT-ni maliyyələşdirməyəcək.

Bu barədə Ermənistan XİN-dən bildirilib.

Qeyd olunub ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.

“Ermənistan Respublikası “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsi haqqında” 23 noyabr 2023-cü ildə qəbul edilən qərarın tərəfi olmayacaq və sözü gedən qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. Lakin bununla belə Ermənistan bu barədə qərarın məhdud tərkibdə qəbuluna etiraz etmir”, - açıqlamada deyilir.